Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nura Suri: “Pulun varsa, ən əclaf adam olsan belə yaltaqlanıb baş əyəcəklər”

Nura Suri: “Pulun varsa, ən əclaf adam olsan belə yaltaqlanıb baş əyəcəklər”

“Pandemiya başlayan gündən həyatımız çox dəyişdi. Bütün baş verən hadisələr ilk növbədə psixoloji təsir etdi. Gözümüzü açırdıq ki, filan qədəri xəstələnib, filan qədəri isə dünyasını dəyişib, xəstəxanalarda yer yoxdur. Evlərimizdə dustaq olduq. Sonra 44 günlük müharibə, hər gün şəhid xəbərləri bir başqa ağrı, göz yaşı, qorxu yaşatdı. Bir xoş hadisə torpaqlarımızın qayıtması oldu, sevindik. Özümüzü toparlamağa başlamışdıq ki, Rusiya-Ukrayna müharibəsi başladı”.

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Sənətçi hazırda dünyada gedən proseslərə etiraz edib. Suri yaşananlara “Dünyanı idarə edənlər həyatımızla oynayırlar” fikiri ilə münasibət bildirib. O, sözlərinə bunları da əlavə edib:

“3 ildir “sabah düzələcək, bir az döz” deyirəm. İnsanam, hisslərim var, biganə qala bilmirəm, uşaqlarımın gələcəyinə görə narahatam.

Bu necə dünyadır, insanlar qurub? Elə bil hamımız böyük zooparkın içindəyik. Kim istəyir, bomba atır, kim istəyir, virus icad edir, kim istəyir, bir günün içində insanların maddi durumunu sıfıra endirir. Bu dünyanı idarə edənlər həyatımızla oynayırlar. Biz ağılsızcasına yenə bu dünyaya insan gətiririk. Gətirik ki, onlar da əziyyət çəksinlər?

Pulun varsa, ən əclaf adam olsan belə yaltaqlanıb baş əyəcəklər qarşında. Pulun yoxdursa, şərəfin, ləyaqətin varsa, heç kəsin vecinə olmayacaqsan, yalnız vicdanın rahat olacaq, əziyyət çəkə-çəkə birtəhər dolanacaqsan.

İnsanlar bir-birlərini sevə bilmirlər. Hamının içində nifrət kök salıb. Dinə, millətlərə, irqi ayrıseçkilik salıb nifrət etmək üçün bəhanə axtarır hamı. Tab gətirmək olmur bunlara”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …