Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Deputat: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır!”

Deputat: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır!”

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc işğal altında olan ərazilərimizin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına etiraz edib.

Moderator.az-ın məlumatına görə, deputat bildirib ki, Şuşa və digər işğal altında olan rayonlarımızın adlarının ayrı-ayrı restoranlara, obyektlərə verilməsi yığışdırılmalıdır.

Bəzi icra başçılarının fəaliyyətini tənqid edən Z.Oruc deyib ki, bir icra başçısının gördüyü işləri və verdiyi qərarları, ondan sonra təyin olunan icra başçısının ləğv etməsi yolverilməzdir: “Biri gedir, başqası gəlir, əvvəlkinin qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki?”

Deputat əlavə edib ki, indi Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır”. Onun fikrincə, bu adın bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın