Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Corc Buşun atası ilə bağlı dəhşətli fakt – FOTO

Corc Buşun atası ilə bağlı dəhşətli fakt – FOTO

ABŞ-a prezidentlər bəxş etmiş məşhur Buş ailəsi ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Publika.az-ın məlumatına görə, bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc Herbert Uoker Buşun atası, senator Prescot Buşun rəhbəri olduğu təşkilatın əməkdaşları XIX əsrin sonları – XX əsrin əvvəllərində ABŞ işğalçılarına qarşı mübarizə aparmış yerli tayfaların rəhbəri Geronimonun məzarı qazılıb və məşhur qəhrəmanın başı kəsilərək qəbirdən götürülüb. Qeyd edək ki, bir zamanlar amerikanların qorxulu yuxularına çevrilmiş Geronimo 1909-cu ildə 79 yaşında dünyasını dəyişib. Onun başının nə üçün kəsilməsinin səbəbləri barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, hazırda ABŞ-ın ən yaşlı eks-prezidenti olan və “ata” ləqəbi ilə tanınan 91 yaşlı Corc Herbert Uoker Buşun oğlu Corc Uoker Buş da ABŞ-ın 43-cü prezidenti (2000-2008-ci illər) olub.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın