Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Çılpaq qızlar Xalq Cəbhəsinə hücum etdi

Çılpaq qızlar Xalq Cəbhəsinə hücum etdi

“Femen” hərəkatının fəalları Fransa Xalq Cəbhəsinin əfsanəvi lideri Marin Le Penə hücum edərək onun Lanna D`Arkın Parisdəki abidəsi önünə əklil qoymasına mane olmağa çalışıb.

Virtualaz.org saytı Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, yarıya qədər soyunmuş iki “Femen”çi qız tədbir keçirilən məkanda qəfildən Marin Le Penə doğru qaçıb. Kürəyinə və sinəsinə “Baş faşist – Le Pen” sözləri yazılmış yarıçılpaq qızlar mühafizəçilər tərəfindən dərhal dövrəyə alınaraq zərərsizləşdirilib.

Amma məsələ bununla da bitməyib. “Femen” hərəkatının başqa üç üzvü Le Penin Opera meydanında çıxış etməsinə mane olmağa çalışıblar. Əllərinə meqafon götürən qızlar yaxınlıqdakı binaların birinin balkonuna çıxıb. Onlar Fransanın millətçi partiyasının liderini nasist Almaniyası dövrünə xas işarələrlə salamlayıblar. Sinəsinə və kürəyinə “Heil, Le Pen!” (“Hayl, Le Pen!”) sözləri yazılmış bu qızların aksiyasının da qarşısı mühafizəçilər tərəfindən alınıb.

Janna D`Ark günü 1989-cu ildən bəri Xalq Cəbhəsi tərəfindən bu partiyanın ənənəvi bayramı kimi qeyd olunur.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın