Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Cəlilabadda məscidə 600 manat borc yazıb, işığı kəsdilər

Cəlilabadda məscidə 600 manat borc yazıb, işığı kəsdilər

Cəlilabadın Xəlil kəndində məscidin işığını kəsiblər. Bu isə kənd sakinlərinin narazılığına səbəb olub.

Bunu virtualaz.org saytına müraciət edən kənd sakini Elman Məmmədov deyib.

Onun sözlərinə görə, məscidə hər ay dövlət tərəfindən 200 kv/saat enerji verilir. “Məscidə sayğac quraşdırılıb, lakin indiyə qədər bir dəfə də olsa sayğaca nəzarət edilməyib. İndi isə guya borca görə işıq kəsilib”, – deyə şikayətçi elavə edib.

E.Məmmədov qeyd edib ki, Cəliladad rayon Elektrik Şəbəkəsindən bildiriş gəlib: “Məscidə ünvanlanan bildirişdə göstərilir ki, elektrik enerjisinin istifadəsinə görə fevralın 1-nə 576 manat borc yığılıb. Halbuki, biz yalnız Məhərrəmlikdə işıq sərf edirik. Yalnız 2 lampa yanır ki, bu da bu qədər vəsait etməz. İndiyədək sayğac yoxlanmayıb, borc yığılması ilə bağlı xəbərdarlıq edilməyib”.

Kənd sakinlərinə ilkin olaraq 100 manat borcun ödənilməsi təklif edilib. Sakinlər isə bu pulu ödəyə bilməyiblər. Nəticədə işığı kəsiblər.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın