Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Dünyamin Xəlilova daha bir zərbə… – “Globus Plaza”dakı səlahiyyətləri əlindən alınıb

Dünyamin Xəlilova daha bir zərbə… – “Globus Plaza”dakı səlahiyyətləri əlindən alınıb

Xəbər verdiyimiz kimi, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovun obyektində yoxlamalar aparıldıqdan sonra o, həbs olunub.

İlkin informasiyalara görə, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla, bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə, bu kreditlərdən xəbərləri yoxdur.

Məsələni araşdırmaq üçün “Globus Plaza”da olan hafta.az-ın əməkdaşı maraqlı faktlarla üzləşdi. Plazada ən çox diqqət cəlb edən hal müştərilərin əksəriyyətinin xarici vətəndaşlar olması idi. Qiymətlər də digər ticarət obyektlərindən çox baha təqdim olunurdu. Əməkdaşımızla söhbət edən ispan vətəndaşı bildirdi ki, o, geyim almaq üçün həmişə bu məkana baş çəkir. Çünki bura xaricdən brend mallar gətirilir. Bildirdiyimiz kimi, Dünyamin Xəlilovun bir sıra işçilərinin adına bankdan kredit götürməsi haqda informasiyalar yayılıb. Məsələ barədə əməkdaşımızla söhbət edən “Globus Plaza”nın işçisi belə bir halın ola bilmə ehtimalını real hesab etdi. Çünki işə qəbul olunan insanlar haqda bütün informasiyalar “Globus Plaza”nın bazasında olur. Adının açıqlanmasını istəməyən plaza işçisi onu da qeyd etdi ki, obyektin Dünyamin Xəlilovla birgə 4 idarəçisi olub. Hazırda, Dünyamin Xəlilov idarəçilər sırasından çıxarılıb və onun bütün səlahiyyətləri əlindən alınıb”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın