Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Baş prokurorluq fəhlə ölümünə görə AÇIQLAMA YAYDI

Baş prokurorluq fəhlə ölümünə görə AÇIQLAMA YAYDI

Yanvarın 23-də saat 14 radələrindəpaytaxtın Bilgəh qəsəbəsində yerləşən“Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Baş prokurorluqdan daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın