Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Baş həkimlərlə bağlı yoxlama olub – Nazirlik təsdiqlədi

Baş həkimlərlə bağlı yoxlama olub – Nazirlik təsdiqlədi

Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı işdən azad olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, qaynar xəttə daxil olan şikayətlərlə əlaqədar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərində yoxlamalar aparılıb.

“Hər iki xəstəxanada apardığımız monitorinqlər zamanı aşkar olunan bütün nöqsanlar aradan qaldırılıb. Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxarılan baş həkimin yerinə isə hələlik təyinat olmayıb”.

Amma 1 saylı doğum evinin baş həkiminin işdən azad olunub-olunmaması barədə isə heç bir məlumat ala bilmədik.

Xatırladaq ki, bir müddət əvvəl sumqayıtlılar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərin fəaliyyətindəki nöqsan və çatışmazlıqlar barədə dəfələrlə narazılıqlar ediblər.

Bu sahədəki vəziyyət o dərəcədə ciddi olub ki, hətta, hər iki doğum evinin baş həkiminin işdən azad edilməsi məsələsi də gündəmdə olub.

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın