Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Bakı küçələrində nömrəsiz avtomobillər – FOTO/VİDEO

Bakı küçələrində nömrəsiz avtomobillər – FOTO/VİDEO

Bakıda yenə də nömrəsiz avtomobillər dolaşır. Qaydanı pozanlar isə müharibə veteranları və əlillərə verilən “OKA” və “Lifan” markalı avtomobillərin sahibləridir.

Publika.az-ın əməkdaşı Bakı-Sumqayıt yolunda nömrəsiz hərəkət edən belə avtomobilləri lentə alıb. “Yol Hərəkəti haqqında” qanunu pozan “Lifan” markalı avtomobilin üzərində “taksi” işarəsi var. Bu o deməkdir ki, avtomobili idarə edən şəxs həm də qanunsuz sərnişin daşımaqla məşğuldur. “OKA” markalı avtomobilin arxa şüşəsinə isə Azərbaycan bayrağı çəkilib. Videodan aydın görünür ki, avtomobillər qanunu yol polisinin gözü qarşısında pozur.

 

Qeyd edək ki, əgər avtomobilə nömrə həqiqətən də verilməyibsə, bu, qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunmalı və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunmalıdır. Əgər avtomobilin nömrəsi varsa və sürücü onu çıxararaq nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər. Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib taxdıqdan sonra onu idarə edə bilər.

 

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayevin Publika.az-a bildirdiyinə görə, əlillərə nazirlik tərəfindən avtomobil verilsə də, onlar məsuliyyətsizlik edərək gedib nömrələri almırlar:

 

“Biz əlillərə avtomobilin sənədlərini veririk. Həmin sənədləri götürərək qeydiyyata düşməli və Yol Polisindən nömrə almalıdırlar. Onları qeydiyyata almaq, nömrə vermək nazirliyin səlahiyyətində deyil. Bəzən insanlar məsuliyyətsizlik edərək gedib həmin nömrələri almırlar. Əgər nömrə almasalar, DYP tərəfindən saxlanılıb cərimələnəcəklər”.

Nazirlik rəsmisinin sözlərinə görə, əslində, onlar əlil şəxslər olduqlarına görə DYP-də heç bir problemlə də üzləşmirlər. Dərhal nazirlikdən verilən sənədləri göstərərək rahatlıqla nömrə ala bilərlər.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın