Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib (VİDEO)

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib (VİDEO)

Azinforum.az xəbər verir ki, gün Beynəlxalq Diaspor Mərkəzinin bir qrup üzvü Türkiyənin Azərbaycandakı Səfirliyinin qarşısında qardaş Türkiyəyə dəstək aksiyası keçirib.

Aksiyada son dövrlərdə Türkiyədə törədilən terror aktları pislənilib.

Aksiyada “Yaşasın Türkiyə-Azərbaycan dostluğu”, “Rədd olsun terrorçular və onun tərəfdarıarı” və digər şüarlar səsləndirilib.

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib (VİDEO)

Sonda aksiya iştirakçılarının yekun qətnaməsi oxunub. Qətnamədə terror aktları pislənilib, Azərbaycan ictimaiyyətinin bu hadisələrdən dərindən narahat olduğu bildirilib. Qeyd olunub ki, qardaş Türkiyəni zəiflətmək və parçalamaq məqsədilə terrorçular bəzi güclər tərəfindən silahlandırılır və dəstəklənir.

Aksiyaya digər ictimai təşkilatların nümayəndələri və millət vəkilləri də qoşulub.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın