Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakıda «Ferrari» sürən tək xanım odur – FOTOLAR

Bakıda «Ferrari» sürən tək xanım odur – FOTOLAR

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Heydər Əliyev prospektində «Hyundai» və «Ferrari» markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. “Hyundai”-ın sürücüsü xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevadır. Qəzaya səbəb isə “Ferrari”nin xanım sürücüsünün sərxoş olması olub. Qəzadan dərhal sonra avtomobilin nömrələrinin sökərək hadisə yerindən qaçıb. Zeynəb Dostəliyeva isə qolundan zədələnib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Lakin bu günə qədər polis bu qəza ilə bağlı hər hansı məlumat yaymayıb. Dünən criminal.az saytı həmin «Ferrari»nin dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayaraq bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğunu bildirib. Avtosfer.az-ın apardığı araşdırmalar zamanı isə məlum olub ki, hazırda 10 VV 200 nömrəsi ilə idarə olunan avtomobil «Ferrari» yox, «Lamborgşini»dir. O ki qaldı Heydər Əliyev prospektində baş verən qəzaya, əldə etdiyimiz məlumata görə, qəzaya səbəb olduğu bildirilən göy rəngli «Ferrari»nin dövlət nömrə nişanı 10 SN 009-dur.

Bu avtomobilin fotolarını da təqdim edirik.
Məlumata görə, qəza törədən xanım sürücü Bakıda «Ferrari» sürən tək xanımdır. Həmin avtomobilin qiymətinin isə təxminən 450 min dollar olduğu bildirilir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın