Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakıda dünyanın ən uzun çılçırağı (VİDEO)

Bakıda dünyanın ən uzun çılçırağı (VİDEO)

“Jumeirah Bilgah Beach Hotel” kompleksində asılan çılçıraq böyük marağa səbəb olub.
BAKU.WS-in məlumatına görə, xüsusilə turistlərin diqqətini çəkən çılçıraq 18 mərtəbəni tam əhatə edir. “Jumeirah Bilgah Beach Hotel” kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan “Jumeirah Group”un MDB məkanında ilk otelidir.
Oteldə quraşdırılan çılçırağın hündürlüyü nə az, nə çox 58 metrdir. Konstruksiyanın ağırlığı isə 13 tona çatır. Çılçırağa 75 min lampa yerləşdirilib. 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb.
Qeyd edək ki, indiyə kimi dünyada ən uzun çılçıraq Dohada (Qətər) bir oteldə asılıb. “Flow Reflective” adlanan çılçıraq 39 metr uzunluğu ilə dünyanın ən uzun ikinci çılçırağı sayılır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın