Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanlılar Fransada həmrəylik aksiyası keçiriblər – FOTOLAR

Azərbaycanlılar Fransada həmrəylik aksiyası keçiriblər – FOTOLAR

Fransada yaşayan azərbaycanlılar aprelin 11-də Parisdə həmrəylik aksiyası keçiriblər.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, aksiya iştirakçıları əllərində “Biz fəxir edirik ki, azərbaycanlıyıq”, “Dövlətçilik maraqlarımızın ətrafında sıx birləşək”, “Hər zaman hər yerdə səninləyik Azərbaycan”, “Vətənimizin qüruru bizim qürurumuzdur” və başqa şüarlar yazılmış plakatlar tutublar.

Onlar Azərbaycanda baş verən hər bir hadisəni həyəcanla izlədiklərini və dəstəklədiklərini bildiriblər.

Hər birinin qəlbi Azərbaycan ilə döyünən Fransada yaşayan azərbaycanlılar Azərbaycanda gedən inkişafı böyük sevinclə izlədiklərini, bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövlətçilik dövrünü yaşadığını vurğulayıblar. Bununla yanaşı xaricdən vətənimiz Azərbaycana qarşı hər hansı bir çirkin cəhdi və təxribatı qətiyyətlə pisləyiblər.

Soydaşlarımız Fransadakı Azərbaycan diasporasının daha sıx birləşməsinin vacibliyinə də toxunublar.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …