Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / FİFA iki turniri 25 milyard dollara satmağa hazırlaşır

FİFA iki turniri 25 milyard dollara satmağa hazırlaşır

FIFA investisiya fondu ilə uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.

“Report”un məlumatına görə, anlaşma çərçivəsində klublararası dünya çempionatının genişləndirilmiş versiyasının 25 milyard dollar qarşılığında bu fonda verilməsi nəzərdə tutulur. Sözləşməyə hər iki ildə bir dəfə yığmalar üçün daha bir turnirin təşkili də daxil ediləcək.

Hazırda klublararası dünya çempionatı hər ilin dekabrında 7 klubun iştirakı ilə keçirilir. 2021-ci ildən FİFA turnirdə islahat aparmaq və onu 4 ildə bir dəfə təşkil etmək, komanda sayını isə 24-ə çatdırmaq niyyətindədir. Anlaşma gerçəkləşsə, investorların özləri turniri təşkil edəcək və yerini seçəcəklər.

Qeyd edək ki, əvvəllər FİFA heç vaxt öz turnirlərinə nəzarəti üçüncü tərəfə verməyib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …