Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı çempion Rusiyadan qovuldu

Azərbaycanlı çempion Rusiyadan qovuldu

İlin əvvəlindən Perm vilayətinin məhkəmə pristavları tərəfindən müvəqqəti təcridxanaya 406 xarici vətəndaş göndərilib. Onların arasında əslən Azərbaycandan olan, qaydasız döyüş üzrə ikiqat çempion da olub.

Oxu.az “PROPerm.ru”-ya istinadən xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “zərərçəkənin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddəsi ilə ittiham edilib.

Törətdiyi cinayətə görə altı il həbs cəzası çəkən kişi, azad edildikdən sonra məhkəmə pristavları tərəfindən Bakıya uçan reysə çatdırılıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Perm vilayətinin məhkəmə pristavları tərəfindən müvəqqəti təcridxanaya 163 Özbəkistan, 99 Tacikistan, 90 Qırğızıstan və 28 Azərbaycan vətəndaşı göndərilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın