Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Azərbaycanın etirazı Rusiyanın Ermənistanla bağlı siyasətini çətin ki, dəyişsin, amma…”

“Azərbaycanın etirazı Rusiyanın Ermənistanla bağlı siyasətini çətin ki, dəyişsin, amma…”

Rusiyanın Ermənistana 400 tona qədər silah-sursat verməsi rəsmi Bakının ciddi təpgisinə səbəb olub. Məlum faktın prezident İlham Əliyev səviyəsində Putinlə telefon danışığı zamanı dilə gətirilməsi, Azərbaycanın bu məsələdə həssas və prinsipial mövqe tutduğunu, kiməyə güzəştə getməyəcəyini göstərir.

Bəs rəsmi Bakının bu etirazı Rusiyanın Ermənistanla bağlı məlum siyasətində nəyisə dəyişəcəkmi? Yoxsa Rusiya bundan sonda da işğalçını silahlandırmaqda davam edəcək?

Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn Azərbaycanın bu etirazını yerində atılan addım kimi xarakterizə etdi:

“Rusiya Ermənistanın rəsmi hərbi müttəfiqi kimi qalır. Onlar eyni hərbi blokda təmsil olunur. Ermənistanda Rusiyanın qoşunu yerləşir. Odur ki, Rusiyanın bu məsələ ilə bağlı siyasətini dəyişdirəcəyini ehtimal etmirəm. Amma hər halda Azərbaycan tərəfi öz mövqeyini ifadə etməli, etirazını bildirməlidir. Şübhəsiz ki, bunun müəyyən məsələlərdə təsiri ola bilər.

90-cı illərin ortalarında da Rusiya Ermənistana 2 milyard dollarlıq silah satmışdı. O zaman da bu məsələlər müzakirə olundu. Lakin bu situasiyada elə bir əhəmiyyətli dəyişiklik müşahidə edilmədi.

Bir daha qeyd edirəm ki, Azərbaycan tərəfi öz etirazını Rusiyanın siaysətində nələrinsə dəyişib-dəyişməməsindən asılı olmayaraq, qoymalı idi və qoydu da. Bu baxımdan Rusiyaya ünvanlanan bu etirazı yerində atılan addım hesab edirəm”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …