Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Afaq Bəşirqızının direktor olan gəlini “da-də“nin necə yazıldığını bilmir – Foto

Afaq Bəşirqızının direktor olan gəlini “da-də“nin necə yazıldığını bilmir – Foto

Təhsil Nazirliyinin 12 avqust 2020-ci il qərarına əsasən, Bakı şəhəri, 7 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

Bülbül adına orta ixtisas musiqi məktəbinin keçmiş müəllimi Könül Təhməzova sözügedən məktəbə direktor vəzifəsinə təyin edilib. Xatırladaq ki, Könül Təhməzova Xalq artisti Afaq Bəşirqızının oğlu Səmralın həyat yoldaşıdır. Cütlüyün iki oğlu var. Oğlanların böyüyü SSRİ xalq artisti, unudulmaz Bəşər Səfəroğlunun adını daşıyır.

Mediapress.az-ın məlumatına görə, yeni təyinat alan məktəb direktoru şəxsi bloqunda özü haqqında məlumat yazıb. Amma təəssüflər olsun ki, məlumatda kobud qrammatik səhvlərə yol verib. Bu da əlbəttə ki, izləyicilərinin diqqətindən yayınmayıb. Belə ki, K.Təhməzova nitq hissəsinə aid əlavəni sözə bitişik olaraq yazıb. Bununla da “da-də” əlavəsinin cümlədəki yerinin ədat, yoxsa şəkilçi olduğunu müəyyən edə bilməyib.

Afaq Bəşirqızının direktor olan gəlini “da-də“nin necə yazıldığını bilmir - Foto 
Afaq Bəşirqızının direktor olan gəlini “da-də“nin necə yazıldığını bilmir - Foto 
Afaq Bəşirqızının direktor olan gəlini “da-də“nin necə yazıldığını bilmir - Foto 
Afaq Bəşirqızının direktor olan gəlini “da-də“nin necə yazıldığını bilmir - Foto 

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …