Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycanda yeni müstəqil teatr yaranıb – İlk tamaşanın anonsu (VİDEO)

Azərbaycanda yeni müstəqil teatr yaranıb – İlk tamaşanın anonsu (VİDEO)

Azərbaycanda yeni müstəqil teatr yaradılıb.
Bu barədə Teatrdan Mia.az-a daxil olan məlumata görə, yeni yaradılmış “Human” teatrı müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır.
“Human” teatrının repertuarında humanizm ideyalarından, gender problemlərindən, insan hüquqlarından və hüquq bərabərliyindən bəhs edən tamaşalar yer tutacaqdır.
“Human” teatrının ilk tamaşası olan “Üçüncü” tragikomediyası insanın öz xoşbəxtliyini başqalarının bədbəxtliyinin üzərində qurmağından, öz canını qurtarmaq üçün vicdan əzabı çəkmədən başqalarının həyatını qurban verməsindən bəhs edir.
Əzici qüvvənin amalı sərtdir: “Kim bizimlə deyilsə, bizə qarşıdır!”.
Tamanın ideyası isə budur: “Ziyalı nadanlığın qarşısından qorxub qaçanda cəmiyyətin faciəsi başlayır”.
Tamaşa polşalı dramaturq Slovomir Mrojekin “Karol” tragikomediyası əsasında hazırlanıb.
“Üçüncü” tamaşasını aktyorlar Elgün Həmidov, Ziya Ağa və Şamil İbrahimov ifa edəcək. Tamaşa əməkdar artist Pərviz Məmmədrzayev tərəfindən hazırlanıb.
Premyera 29 mart 19:00-da Xəzər Universitetinin ikinci kampusunda yerləşən teatr zalında olacaq.
Qeyd edək ki, teatrın bədii rəhbəri Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcılarından biri, keçmiş “Simsar” teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kinoaktyoru, əməkdar artist Pərviz Məmmədrzayev, direktoru isə Akademik Milli dram teatrında fəaliyyət göstərmiş teatr və kino aktyoru Şamil İbrahimovdur.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın