Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanda ürək transplantasiyası da mümkün olacaq

Azərbaycanda ürək transplantasiyası da mümkün olacaq

Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür: “15 il bundan əvvəldən Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilir. Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın