Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycan futbolunda biabırçılıq – 24 nəfər cəzalandırıldı

Azərbaycan futbolunda biabırçılıq – 24 nəfər cəzalandırıldı

AFFA İntizam Komitəsi şübhəli oyunlarla bağlı araşdırmaların yekunu olaraq cəza tədbirləri görüb.

Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-dan və digər mənbələrdən I Divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFAPFLtərəfindən ciddi şəkildə araşdırılır.

Komissiyanın qərarına əsasən, “Rəvan”ın 7, “Göyəzən” və “Energetik”in hərəyə 3, “Şərurspor” və “Bakılı”nın hərəyə 2, “Şahdağ”ın 5 futbolçusu, eləcə də Qusar komandasının inzibatçısı ilə bir hakim bu işdə şübhəli bilindikləri üçün araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

Həmin şəxslər bunlardır:

“Şahdağ”: Kamran Ağakərimov, İqrar Səmədov, Tofiq Səfiyev, Mahiddin Ağamov, Faik Ağarəhimov, Rafael Kübərov (İnzibatçı)

“Rəvan”: Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi, Fərid Quliyev, Cəmşid Məhərrəmov

“Bakılı”: Bəhram Bəhramzadə, Xəzər Qəribov

“Göyəzən”: Arzuman Vəliyev, Orxan Əsgərov, Tunar Şahtaxtinski

“Energetik”: Elvin Əlizadə, Kamran Lalayev, Orxan Əlibalayev

“Şərurspor”: Mehdi Rəsulov, Samir Musayev

Hakim: Anar Niyazov

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın