Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycan diaspor təşkilatının sədr müavini özünü öldürdü

Azərbaycan diaspor təşkilatının sədr müavini özünü öldürdü

İstanbul Türkiyə Azərbaycan Dəstək və Mədəniyyət Dərnəyinin (İstanbul Türkiye Azerbaycan Dayanışma ve Kültür Derneği) sədr müavini Abbas Murad Danışmanlı bu gün İstanbulda intihar edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ans press-ə dərnəkdən məlumat veriblər. Məlumata görə, sədr müavini bu gün özünü yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən atıb. Danışmanlı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hələlik onun hansı səbəbdən intihar etdiyi barədə məlumat verilmir.

Mərhumun “Facebook” sosial şəbəkəsindəki profilinə ölümüylə bağlı çoxsaylı başsağlığı mesajları yazılıb.

dia

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın