Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Autizmli uşaqlara görə bu gün Olimpiya Stadionu mavi rəngə boyanacaq

Autizmli uşaqlara görə bu gün Olimpiya Stadionu mavi rəngə boyanacaq

Azərbaycanda 5 minə yaxın autizm sindromundan əziyyət çəkən uşaq və yeniyetmə var.

Bunu virtualaz.org saytına Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli bildirib.

Onun sözlərinə görə, hazırda hər 68 uşaqdan biri autizmli doğulur. “Təəssüf ki, autizmlə bağlı məlumat azdır. Hətta sorğu keçirdiyimiz hər 10 ailədən 7-si autizm haqqında məlumatlı deyil”, – deyə Ç.Məmmədli əlavə edib.

Qeyd edək ki, hər il aprelin 2-də Ümumdünya Autizm Günü keçirilir. “Autizmə mavi işıq saç, autizmi tanı”qlobal təşəbbüsunə qoşulanların sayı artır.

Onu da xatırladaq ki, aprelin 2-də Bakı Olimpiya Stadionu mavi işıqla işıqlandırılaraq autizmi simvolizə edəcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın