Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / ATƏT PA-nın vitse-prezidenti AMİP-in konfransına gəlib –Etibar Məmmədov məruzə edib

ATƏT PA-nın vitse-prezidenti AMİP-in konfransına gəlib –Etibar Məmmədov məruzə edib

Oktyabrın 28-29 da Azərbaycan Milli İstiqlal Partiyası ilə İsveçin Moderat Partiyasnın Jarl Hjalmarson Fondunun birgə təşkilatçılığı ilə “Avropa dəyərləri-onları Azərbaycanda necə təşkil etməli” mövzusunda beynəlxalq konfransı keçirilib.

AMİP-dən Azinforum.az-a verilən xəbərə görə, dörd sessiyadan ibarət olan konfransı AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev və Moderat Partiyasının rəsmi nümayəndəsi Riçard Tornqvist af Strom açıq elan ediblər.

Konfransın hər iki günündə ATƏT Parlament Assambleyasının vitse-prezidenti xanım Marqareta Sederfelt iştirak edərək, 2 sessiyada əsas məruzəçi olub və Avropa dəyərləri, onların Azərbaycanda təşviqi, Avropa İttifaqına inteqrasiya, AMİP-in bu istiqamətdə fəaliyyəti ilə bağlı qarşılıqlı fikir mübadilələri və diskussiyalar keçirilib. Eyni zamanda Stokholm Şəhər Şurasının komissarı Kristoffer Tomsons “Bu günün geosiyasi prespektivlərindən irəli gələn cari problemlər”, “Zamanımızın böyük sülh lahiyəsi” mövzusunda geniş məruzələr edib.

AMİP-dən isə əsas məruzəçi kimi AMİP lideri Etibar Məmmədov çıxış edib. Çıxışında Etibar Məmmədov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu, ölkəmizin Avropa institutlarından təcrid olunmasının isə yolverilməz olduğunu qeyd edərək, Avropaya inteqrasiya istiqamətində hamını ciddi fəaliyyət göstərməyə çağırıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …