Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Astarada sevgi intiharının təfərrüatı: “Qızı başqasına verdilər…”

Astarada sevgi intiharının təfərrüatı: “Qızı başqasına verdilər…”

Astara rayonunda sevdiyi qıza görə intihar edən Nazim İbrahimovun ölümünün bəzi təfərrüatı məlum olub.

Rayonun Kijəbə qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Nazim İbrahimov öz əmisi qızını sevirmiş:

“Nazimin atası ilə əmisinin arasında münaqişə yaranıb. Buna görə də əmisi qızını Nazimə vermək istəməyib. Bütün bunlar onun səhhətinə təsir edib. Bəzi xəstəliklər də tapmışdı. Bununla bağlı Bakıda bir neçə dəfə də müalicə olunub. Açığı, qızın onu istəməsi barəsində də kənddə heç bir məlumat yayılmayıb. Nazim eşidib ki, əmisi qızını başqasına nişanlayıb. O da buna dözməyib. Məktub yazaraq, axşam saat 20:00 radələrində həyətə çıxıb, özünü asıb”.

Qeyd edək ki, Astara rayonunda intihar hadisəsi baş verib. Rayonun Kijəbə qəsəbə sakini Nazim Elvin oğlu İbrahimov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …