Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Aşıq Azərin vəziyyəti pisləşdi – Təcili Türkiyəyə aparılır

Aşıq Azərin vəziyyəti pisləşdi – Təcili Türkiyəyə aparılır

Tanınmış aşıq Azər Xanlaroğlunun vəziyyəti pisləşib. O, sabah Türkiyəyə aparılacaq.
Bu barədə AzVision.az-a aşıq özü məlumat verib.
“Ayağımda yaranmış kəskin şişlə bağlı burada konkret qərar verə bilmədilər. İstanbulda da sağalacağıma söz vermirlər. Sabah məni Türkiyəyə aparacaqlar. Allahdan ümid kəsilməz. Hazırda bədənimdə piylənmə dayanıb. Pəhriz saxlayıram. Əsas narahatçılığım ayağımla bağlıdır. Bəlkə də Allahın mənə yazığı gələr, şəfa taparam”.
Qeyd edək ki, Aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi – kəskin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir. Xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın