Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Siyavuş Novruzov Cəmil Həsənlinin istefasına münasibət bildirdi AÇIQLAMA

Siyavuş Novruzov Cəmil Həsənlinin istefasına münasibət bildirdi AÇIQLAMA

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Cəmil Həsənlinin “Milli Şura” sədrliyindən istefa verməsinə münasibət bildirib. YAP İcra katibinin müavini SİA-ya açıqlamasında deyib ki, ümumiyyətlə, heç zaman “Milli Şura” adında təşkilat olmayıb.

Onun sözlərinə görə, artıq “Milli Şura”da olanlar da görür ki, təşkilatın adı kimi fəaliyyəti də sıfır səviyyəsindədir: “Ümumiyyətlə, bu, Cəmil Həsənlinin ilk istefası deyil. Hətta o vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) da Əli Kərimliyə görə istefa verdi. O, bunu açıq şəkildə də elan etmişdi. Artıq orada olan insanlar da başa düşürlər ki, qurumda heç bir perspektiv yoxdur və oradan uzaqlaşırlar. Onlar bilirlər ki, “Milli Şura”ya cəlb olunarkən müxtəlif şərtlərlə və bəhanələrlə aldanılıblar. Hətta onlardan bir hissəsi özlərinə aid olan vəsaiti götürüb aradan çıxdılar və bununla da öz işlərini tamamlanmış hesab etdilər”.

S.Novruzov əlavə edib ki, bu layihə xaricdən ixrac olunmuş bir layihə idi: “O baxımdan da istər seçkilərdə, istərsə də seçkilərdən sonrakı dövrlərdə Azərbaycan ictimai-siyasi həyatında heç bir rola malik olmayan “Milli Şura” artıq ölü bir təşkilatdır. Beləcə, Cəmil Həsənlinin şuradan istefa verib-verməməsinin də heç bir əhəmiyyəti yoxdur. Guya, Cəmil Həsənli orada hansı fəaliyyəti göstərdi ki, ondan sonra da nəsə etsin”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın