Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Artur Rəsizadə qərar verdi: Bu qurumlar birləşdirildi – Siyahı

Artur Rəsizadə qərar verdi: Bu qurumlar birləşdirildi – Siyahı

“Respublika Xatirə Kitabı” Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.
Mia.az-ıın məlumatına görə, baş nazir Artur Rasizadə bununla bağlı müvafiq qərar imzalayıb. Qərarda qeyd edilib ki, “Respublika Xatirə Kitabı” Redaksiyası öz ştat vahidləri və əmlakı ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin. Eyni zamanda “Respublika Xatirə Kitabı” Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Elm” köməkçi bölməsinin müvafiq paraqrafında AMEA üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin. Maliyyə Nazirliyinə 2017-ci ildən başlayaraq, “Respublika Xatirə Kitabı” Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin etmək tapşırılıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın