Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Anar Məmmədxanovun kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasında

Anar Məmmədxanovun kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasında

Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və Dünya ədəbiyyatı kafedrasının müdiri Nahidə Məmmədxanova tərəfindən Anar Məmmədxanovun “Özünə sadiqlik” və «Ни о чем не жалею» kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edilib.

Kitabxanadan virtualaz.org-a verilən məlumata görə, görkəmli siyasətçi və ictimai xadim, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, üç çağırış Milli Məclisin deputatı və day.az saytının təsisçisi Anar Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunmuş və Azərbaycan dilinə tərcümə edilmiş “Özünə sadiqlik” adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunmuş, aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib.

Anar Məmmədxanovun «Ни о чем не жалею» adlı ikinci kitabında isə onun 1995-2011-ci illərdə müxtəlif mətbu orqanlarına verdiyi müsahibələr və etdiyi söhbətləri öz əksini tapıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın