Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Akkord”un baş direktoru kimin qəzəbinə qəlib?

“Akkord”un baş direktoru kimin qəzəbinə qəlib?

Qafqaznews.az bildirir ki,“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC şirkətinin baş direktoru Göksel Aybek yuxarı dairələrdən ona nəzarət edən şəxsləri aldadıb.

“Akkord”un baş direktoru kimin qəzəbinə qəlib?

Beləki baş direktor guya vəfat etmiş anasının 40 mərasimində iştirak etmək üçün yuxarıdan icazə alaraq öz vətəninə dönmək istəyib. Ancaq sonradan yuxarılar xəbər tutub ki, Göksel Aybekin anasının hüzr mərasimi sadəcə bəhanə olub. O mərasim adı ilə öz vətəninə yox, Almaniyanın Hamburq şəhərində həyat yoldaşı ilə istirahət etməyə gedib. Hətta bu yalanın aqibətinin sonunu fikirləşməyərək həyat yoldaşı ilə Hamburqda gəzib çəkdirdiyi fotoları özünün facebook səhifəsində paylaşıb. Əlbəttə həmin faktlar-fotolar onun facebook səhifəsindən screen-şop olunaraq yuxarıya təqdim olunub və baş direktorun yalanı üzə çıxıb. Baş direktor yuxarıların qəzəbinə tuş gəlib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın