Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Ağdam azad olunmayana qədər ad günü keçirməyəcəm”

“Ağdam azad olunmayana qədər ad günü keçirməyəcəm”

“Düz 22 ildir özümə ad günü keçirmirəm. Ağdam azad olunmayana qədər keçirməyəcəm də”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün 74 yaşı tamam olan canlı əfsanə, xalq artisti Flora Kərimova ANS PRESS-ə açıqlamasında söyləyib. “Mənim doğum günüm – 23 iyul Ağdamın işğalı gününə təsadüf edir. Belə bir gündə necə bayram edə bilərəm ay bala? Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram eləyəcəm ki, səsi hər yana yayılacaq. İnşaAllah o günü görəcəm, mən buna inanmaq istəyirəm” – deyə Flora xanım, təəssüfünü bildirdi.

Bu gün Qarabağın ən böyük rayonu olan Ağdamın işğalı günüdür. 1747-ci ildə şəhər statusu almış Qarabağ düzündə ən iri şəhərlərdən biri olan Ağdam Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın