Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Abdullah Gül Bakıya gəlir

Abdullah Gül Bakıya gəlir

Türkiyənin sabiq prezidenti artıq Azərbaycana doğru yola düşüb
Türkiyənin sabiq prezidenti Abdullah Gül Bakıya gəlir. Anspress-in məlumatına görə, Gül artıq Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə Azərbaycana yola düşüb.
Türkiyənin sabiq prezidenti III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Abdullah Gül sabah başlayacak Forumda açılış və bağlanış nitqi ilə çıxış edəcək.
Forumda Abdullah Gülün “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub.
Forumda, Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya da iştirak edəcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın