Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “A.M.A.Y. Abdulla” sayt açıb

“A.M.A.Y. Abdulla” sayt açıb

“A.M.A.Y.” Ticarət Mərkəzinin rəhbəri, “A.M.A.Y. Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayev sayt açıb.

 
Abdullaabdullayev.org adlanan saytda hələlik əsasən iş adamının məhkəmələri haqda məlumatlar yerləşdirilir. Onun fəaliyyəti haqda məlumatlar verilir. 
Yeri gəlmişkən, qeyd edək ki, mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “A.M.A.Y.” Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Sonuncu prosesdə hakim Əfqan Hacıyev iş üzrə zərərçəkmiş şəxslərin məhkəməyə gətirilməsi barədə qərarın hələlik təmin edilmədiyini bildirib. Əlavə edib ki, bu səbəbdən növbəti prosesdə şahidlərin dindirilməsinə başlanacaq.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın