Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Ərdoğan Kılıçdaroğluna Qarabağın azad edilən ərazilərini görməyi tövsiyə edib

Ərdoğan Kılıçdaroğluna Qarabağın azad edilən ərazilərini görməyi tövsiyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna hakimiyyətin imperializmlə necə mübarizə apardığını öyrənmək istədiyi halda, Qarabağın işğaldan azad edilən ərazilərini görməyi tövsiyə edib.

Bu barədə Türkiyə lideri Afyonkarahisarda çıxışı zamanı bildirib.

“Əgər bizim imperializmə qarşı mövqeyimizi öyrənmək istəyirsənsə, get Qarabağda işğaldan azad edilən ərazilərdəki qardaşlarımızdan soruş”, – o deyib.

Ərdoğan, həmçinin qeyd edib ki, onun hakimiyyəti Türkiyəni münaqişələrdən uzaq tutaraq imperialistlərin planlarını da pozub: “BMT-də dünya beşdən böyükdür deyərək qlobal sistemə etiraz etdik. Biz, müstəmləkə nizamına son qoyun dedik. Həyatımız imperializmlə mübarizə ilə keçdi”./APA

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …