Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bu market və apteklərdə nöqsanlar aşkarlandı – Siyahı

Bu market və apteklərdə nöqsanlar aşkarlandı – Siyahı

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aprelin 17-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 16 ticarət müəssisəsi, o cümlədən 6 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 10, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …