Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Əlixan Məlikov Energetika Nazirliyində məsul vəzifələrdən birinə təyinat almağa çalışır

Əlixan Məlikov Energetika Nazirliyində məsul vəzifələrdən birinə təyinat almağa çalışır

Ona bu işdə Natiq Əliyevin müavini Natiq Abbasov yardım göstərə bilər Əgər bu, baş tutarsa, o zaman nəhəng biznesə malik olan sabiq məmur vəzifədən kənarlaşdırıldıqdan sonra onunla əlaqəsini kəsənlərdən qisasını alacaq 2000-2009-cu illərdə «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmış Əlixan Məlikov tutduğu postdan uzaqlaşdırıldıqdan sonra bir müddət ondan səs-soraq çıxmadı. Lakin artıq Əlixan Məlikovun adı ayrı-ayrı kütləvi informasiya vasitələrində çəkilir və «Azəriqaz»ın sabiq rəhbəri ilə bağlı müxtəlif səpkili məlumatlar verilir. Beləliklə, Əlixan Məlikovun 1975-1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mehəndis-konstruktor, texniki şöbənin rəisi, 1979-1992-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə rəisi, qəza dispetçer xidmətinin rəisi, 1994-1996-cı illərdə «Azəriqaz» Dövlət şirkətində baş mütəxəssis, 1996-1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışdığını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgiyə görə, «Azəriqaz»ın sabiq rəhbəri hazırda nəzarətində olan biznes obyektlərinin idarəçiliyi ilə məşğul olur: «Əlixan Məlikov «Azəriqaz»ın sədri vəzifəsində çalışdığı dönəmlərdə özünə külli miqdarda sərvət toplamağa müvəffəq olub. Hazırda onun paytaxtın müxtəlif ərazilərində bir neçə şadlıq sarayı, super marketi, geyim mağazaları və kompyuter satışı ilə məşğul olan dükanları var.

Əlixan Məlikov vəzifədə çalışdığı dönəmlərdə onun biznesini yaxın adamları idarə etsə də, tutduğu postdan kənarlaşdırıldıqdan sonra «Azəriqaz»ın sabiq sədri biznesinin idarəçiliyini öz əlinə alıb». 2009-cu ildən, yəni «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən uzaqlaşdırıldığı gündən indiyədək yeni vəzifə alacağı ümidi ilə yaşayan Əlixan Məlikovun yaxın adamı, hətta bir zamanlar ən etibarlı kadrı kimi xarakterizə olunan Natiq Abbasov hazırda energetika naziri Natiq Əliyevin müavini vəzifəsində çalışır. Bu və digər maraqlı məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, 1968-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisi ixtisasını bitirən Natiq Abbasov Yasamal rayon Qaz İstismar İdarəsində, «Azəriqaz» QSC-nin Dövlət Qaz Nəzarət İdarəsində, Nəsimi rayon Qaz İstismar İdarəsində, daha sonra isə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində rəis müavini vəzifələrində çalışıb.

Natiq Abbasovun 2009-cu ildən etibarən energetika naziri Natiq Əliyevin müavini vəzifəsində çalışdığını vurğulayan məlumatlı şəxs bildirir ki, o, məhz Əlixan Məlikovun sayısində karyerasında sürətli yüksəlişə nail olub: «Natiq Abbasov «Azəriqaz»da çalışdığı dönəmlərdə Əlixan Məlikov daim onu müdafiə edib, çətinə düşdüyü məqamlarda yardım əlini uzadıb. Bir sözlə, o zamanlar Natiq Abbasovun əsas himayədarı məhz Əlixan Məlikov idi. Elə bu səbəbdən də Natiq Abbasov hər zaman ona sabiq olub və bu gün də «Azəriqaz»ın sabiq sədri ilə kifayət qədər sıcaq münasibətlərə malikdir. Deyilənlərə görə, Əlixan Məlikov məhz bu yaxınlıqdan istifadə edərək, yəni Natiq Abbasovun yardımlarına baş vuraraq, eyni zamanda kanallarını işə salaraq Energetika Nazirliyində məsul vəzifələrdən birinə təyinat almağa çalışır. Əgər bu, baş tutarsa, o zaman hazırda nəhəng biznesə malik olan sabiq məmur vəzifədən kənarlaşdırıldıqdan sonra onunla əlaqəsini kəsənlərdən qisasını alacaq». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(gundelik-bakı)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın