Bazar , Sentyabr 15 2019
Ana səhifə / Siyasət / Ziya Məmmədovun deputat qudası: “Mən ona görə niyə qaçmalıyam ki?”

Ziya Məmmədovun deputat qudası: “Mən ona görə niyə qaçmalıyam ki?”

59 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizəd, general Əliağa Hüseynov yenidən deputat seçilməsinin seçilərindən asılı olduğunu deyib.
 
O, Modern.az saytına açıqlamasında bildirib ki, hər zaman xalqın içində olan adamdır.
 
“Xalqa xidmət etmişəm. Həmişə bir deputat kimi onların rifahı üçün çalışmışam. Nə işə gücüm çatıbsa, yerinə yetirməyə səy göstərmişəm. Xalqım üçün lazım olan ünvalara müraciət etmişəm. Mənə elə gəlir ki, keçmiş hərbi komissar kimi bu dəfəki seçkilərdə də mənə hörmət edirlər. Əslində, bütün deputatlara hörmət edilməlidir. O cümlədən də mənə”.
Əliağa Hüseynov Salyan rayonunun 2001-2004-cü illərdə icra başçısı olmuş  Yusif Ələkbərovun  deputatlığa namizədliyini geri götürməsindən də danışıb.
“Yusif Ələkbərov gördü ki, yenidən deputatlığa namizədliyimi vermişəm, o da dərhal geri çəkilməyə məcbur oldu. Əslində, mənə görə deputatlığa namizədliyini 15-16 nəfər geri götürüb. Biləndə ki, seçkilərə gedirəm, onlar da belə addım atdılar. Çox sağ olsunlar. Gördülər ki, ağsaqqal adamam, buna diqqət edərək mənə şans verdilər”.
Deputat qudası olduğu nəqliyyat naziri Ziya Məmmədovla bağlı yayılan informasiyalara da münasibət bildirib. Əliağa Hüseynovun sözlərinə görə o, Ziya Məmmədova görə mətbuatdan qaçmır:
“Ziya Məmmədov xalq düşmənidir ki, mən mətbuatdan məhz ona görə qaçım?!  O, bir qurumun naziridir. Bu gün də nazirdir. Hal-hazırda səhhəti ilə əlaqədar məzuniyyətdədir. Hər bir insanın həm işləmək, həm də istirahət etmək hüququ var. Bu, məsələnin bir tərəfi. İkincisi isə Ziya Məmmədovdan öncə respublikanın hərbi komissarı olmuşam. Hələ o zamanlar Ziya Məmmədov nazir deyildi. 1998-2009-cu illərdə  respublikanın hərbi komissarı işləmişəm. Ziya Məmmədova nə olub ki, mən mətbuatdan qaçım?! Təbii ki, hər bir məsul şəxsin işində nöqsan aşkarlanarsa, bununla bağlı dövlət başçısı tədbir görə bilər. Kimin işində nöqsan olsa, cənab prezident qərarı özü verəcək. Belə işləri deputat etmir. Heç bir naziri də deputat seçmir. Xalq deputatı seçir. Biz hər zaman xalqın önündəyik”.

 

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın