Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Siyasət / Yol Polisi gizli xidmət apara bilməz – Təlimat dəyişdi

Yol Polisi gizli xidmət apara bilməz – Təlimat dəyişdi

DİN-in Kollegiyası “Yol-patrul xidməti haqqında” yeni Təlimat təsdiq edib.

Azinforum.az xəbər verir ki, təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır.

Mövzu ilə bağlı Femida.az-a açıqlama verən ekspert Ərşad Hüseynov qeyd edib ki, Nazirlik yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib. Başqa sözlə, yeni Təlimatda gizli xidmət, hətta qarışıq (yəni yarı aşkar, yarı gizli) xidmət nəzərdə tutulmur.Bu o deməkdir ki, yol polisi əməkdaşı gizli şəkildə hər hansı sürücünü cərimə edə bilməz.

Ekspert qeyd edib ki, “Yol-patrul xidməti haqqında” yeni Təlimatda digər mühüm bir yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır.

Bundan sonra nəqliyyat vasitələri yalnız “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Həmin bənddə qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edilə bilər:
Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda;

nəqliyyat vasitəsi axtarışda olduqda;

nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;
Bu isə o deməkdir ki, məsələn, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz.

Yeni Təlimatla tam olaraq BURADAN tanış ola bilərsiniz.

Həmçinin oxuyun

Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində Azərbaycanla sərhəddə yerləşən Keşikçi dağı Məbəd-Kompleksi ilə …

Bir cavab yazın