Cümə , İyul 19 2019
Ana səhifə / Siyasət / Yenidən deputat olmaq eşqinə düşən Ağalar Vəliyev kisənin ağzını açıb

Yenidən deputat olmaq eşqinə düşən Ağalar Vəliyev kisənin ağzını açıb

“Artıq iş işdən keçib və Ağalar Vəliyev hazırki deputat mandatının vaxtının bitməsini gözləsin. Əsl zərbələri də məhz bundan sonra alacaq”

Bir ara adı yanan bina ilə bağlı yaranmış qalmaqalda hallandırılan və hətta həbsi xəbəri yayılan “Azəraqrartikinti” ASC-nin sədri, deputat Ağalar Vəliyevin “vurulacağı”, hakim düşərgədən birdəfəlik çıxdaş ediləcəyi gözlənilsə də, ona müəyyən dairələr “özünütəsdiq” üşün şans tanıda bildilər ki, bu da Ağalar vəliyev üçün revanş fürsəti kimi dəyərləndirilməlidir.

Amma fakt faktlığında qalır ki, əvvəlki seçki dairəsini itiran Ağalar Vəliyevin Qaradağdan Goranboya göndərilməsi, səlində daha çox “siyasi sürgünə” bənzəyir.

DİA.AZ xatırladır ki, əvvəllər 11 saylı Qaradağ seçki dairəsinin deputatı olan Ağalar Vəliyev yenidən hakim partiyanın namizədlər siyahısında yerini qoruya bilsə də, dairəsini qoruya bilmədi.

Məlumatlı mənbə bildirir ki, amma YAP-ın siyahısında düşməsi onun yenidən mandatla mükafatlandırılacağı anlamına gəlmir:

“Bunu Ağalar Vəliyev də yaxşı dərk edir və elə buna görə də, deputat yeni dairəsində işlərin qurulması üçün ciddi pul xərcləməyə başlayıb. Hətta medianı belə özünə ram etməsi üçün konkret büdcə ayırıb, emissarlarını qapı-qaol danışıqlara yollayır”.

Mənbə iddia edir ki, amma bu da “yuxarılara” yetərincə yalan danışmış Vəliyevi qurtarmayacaq: “Artıq iş işdən keçib və Ağalar Vəliyev hazırki deputat mandatının vaxtının bitməsini gözləsin. Əsl zərbələri də məhz bundan sonra alacaq”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Hakim blokun deputatı Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılır

Ermənistan parlamentindəki hakim “Mənim addımım” blokunun deputatı Ovannes İgityan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə …

Bir cavab yazın