Ana səhifə / Siyasət / 3 rayonun icra başçısının dəyişdirilməsi qərarı ertələnib

3 rayonun icra başçısının dəyişdirilməsi qərarı ertələnib

Bir müddət əvvəl “faktinfo” saytına verilən məlumatlara istinadən xəbərlər yaymışdıq ki, parlament seçkilərinə az müddət qalmış bir neçə rayonun icra başçısı əvəzlənəcək. Prosesə Azərbaycanın Qərb rayonlarından başlanacağını diqqətə çatdırmışdıq. “Qazax, Ağstafa, Tovuz rayonlarının icra başçıları əvəzlənir” başlıqlı məqalədə qeyd etmişdik ki, Qazax və Ağstafa rayon icra hakimiyyəti başçılarının yeri dəyişdiriləcək. Belə ki, Ağstafa rayon icra başçısı Məhərrəm Quliyevin Qazax rayon icra başçısı Ayaz Əsgərovun yerinə gətiriləcəyini, A.Əsgərovun isə Ağstafa rayonuna icra başçısı təyin olunacağını vurğulamışdıq. Hətta, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Ağstafa rayonuna icra başıçısı təyin olunma ehtimalını da istisna etməmişdik. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun isə 71 yaşının tamam olması, idarəetmədə buraxılan nöqsanlar, rayondan edilən şikayətlərin çoxluğu onun təqaüdə göndəriləcəyi ehtimallarını çoxaldır, -kimi fikirlər söyləmişdik. Bir az da qabağa gedərək bəyan etmişdik ki, bu barədə T.Zeynalovun özü də məlumatlıdır. Ona görə də T.Zeynalovun öz yerinə hazırladığı kadr Tovuz rayon 28 saylı TSEK-in sədri Arif Səmədovun olduğunu irəli sürmüşdük.

Əlbəttə, seçkilərə az müddət qalmış bir neçə rayon icra baçılarının yeri dəyişdirildi. Hətta bir başçı vəzifəsi ilə vidalaşdı. Lakin bu prosesə Qərb bölgəsindən deyil, paytaxt Bakı və Siyəzən rayonundan başlanıldı. Qərb rayonları ilə bağlı qərar isə qəbul olunmadı.

İndiki məqamda redaksiyamıza daxil olan məlumatlardan çıxış edərək təkrarən bildiririk ki, Qazax, Ağstafa və Tovuz rayon icra başçılarının yerdəyişməsi və yaxud işdən azad olunması prosesi parlament seçkilərindən sonra reallaşacaq. Məlumatda o da qeyd olunur ki, A.Əsgərov ciddi cəhdlə yerini ən azı Tovuz rayonuna dəyişmək istəyir. Tofiq Zeynalov isə yerinə 28 saylı TSEK-in sədri A.Səmədovun təyinat almasına çalışır. Çünki A.Səmədov həddindən çox imkanlı, həm də T.Zeynalova kifayət qədər itaət edən adamdır. Onun rayon İcra hakimiyyətində tutarlı dayaqları var. Eyni zamanda, Tovuz rayonunu idarə etmək onun gənclik arzusudur. Rusiyada həkim işlədiyi illərdə bu arzunun onda baş qaldırdığı və rayona bu həvəslə qayıtdığı bildirilir.

A.Əsgərova gəlincə, o yerini Tovuz rayonuna dəyişmək istəsə də, bunun mümkün olmayacağı söylənilir. Çünki, A.Əsgərov “Azərbaycan Dəmir Yollar” QSC-nin sabiq sədri Arif Əsgərovun qardaşıdır. Arif Əsgərov isə Ziya Məmmədovun kadrıdır. Bu o deməkdir ki, Arif Əsgərov Ziya Məmmədov “klan”ına daxildir. Ona görə də nəinki Ayaz Əsgərov, hətta Göyçay, Ucar və Quba rayon icra başçılarının yaxın bir ildə ümumiyyətlə işdən çıxarılma ehtimalı var. Bu səbəbdən daxil olan məlumatlara görə, Ayaz Əsgərovun Tovuz rayonuna icra baçısı təyin olunması mümkünsüz hesab olunur.

Qarşıdan gələn 1 noyabr 2015-ci il parlament seçkilərinin gedişinə uyğun olaraq Ağstafa, Qazax və Tovuz rayon icra başçıları seçkilərdən sonra dəyişdiriləcək. Daxil olan məlumatlara görə, çox böyük ehtimalla Qazax rayonuna M. Quliyev, Ağstafa rayonuna Ağcabədi RİH başçısı Şahin Məmmədov, Tovuz rayonuna isə Arif Səmədov təyin olunacaqdır. Bütün bunlara rəğmən nəzərə almaq lazımdır ki, icra başçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təyin edir. Onun iradəsindən kənar istənilən şəxsin hansısa bir rayona rəhbərlik etməsi mümkün deyil.

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …

Bir cavab yazın