Ana səhifə / Siyasət / YAP-dan aprel döyüşündə fərqlənən əsgər və zabitlərə DƏSTƏK

YAP-dan aprel döyüşündə fərqlənən əsgər və zabitlərə DƏSTƏK

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Silahlı Qüvvələrinə növbəti dəstək aksiyasını həyata keçirmək barədə qərar qəbul edib.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hakim partiyanın təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib.
Bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilib. Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcək.
Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …

Bir cavab yazın