Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / YAP-çı deputatın erməni dilində kitabı çıxdı – FOTOLAR

YAP-çı deputatın erməni dilində kitabı çıxdı – FOTOLAR

Bu günlərdə deputat Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Qarabağ düyünü” adlı kitabım erməni dilində nəşr edilib.

Modern.az xəbər verir ki, 400 səhifəlik kitab 300 tirajla buraxılıb.

İlk dəfədir ki, azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilmiş əsəri erməni dilində iri kitab həcmində xaricdə çap edilir. Kitab Dağlıq Qarabağ probleminin tarixinə, müasir vəziyyətinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalından doğan problemlərə həsr edilib.
Kitabda 7 tarixi xəritə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsni işğal etdikdən sonra yaranmış vəziyyəti əks etdirən 37 fotoşəkil yerləşdirilmiş, xarici tədqiqatçıların obyektiv fikirləri, Ermənistan siyasətçilərinin özlərini ifşa edən etirafları da verilib.

Həmçinin kitabda Dağlıq Qarabağa dair tarixi sənədlər, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları yerləşdirilib. Xocalı faciəsinə dair xüsusi fəsil verilmiş, faciənin törənmə səbəbləri, Ermənistan silahlılarının vəhşiliyini ifşa edən faktlar göstərilib.

Kitabda Azərbaycanın problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün səyləri analiz edilib. Kitabın xarici ölkələrin milli kitabxanalarına, universitetlərinə və ermənişünaslıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. Kitab xaricdə Azərbaycan diaspor nümayəndələrinin maliyyə dəstəyi ilə nəşr edilib. Kitabın bir hissəsi Azərbaycan kitabxanalarına, universitetlərinə paylanmaq və tədqiqatçılara təqdim edilmək üçün Azərbaycan gətirilib.

YAP-çı deputatın erməni dilində kitabı çıxdı
YAP-çı deputatın erməni dilində kitabı çıxdı
YAP-çı deputatın erməni dilində kitabı çıxdı
YAP-çı deputatın erməni dilində kitabı çıxdı

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …

Bir cavab yazın