Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Siyasət / Xanım jurnalistlər sərbəst buraxıldı – FOTOLAR

Xanım jurnalistlər sərbəst buraxıldı – FOTOLAR

Xanım jurnalistlərlə sorğu-sual zamanı Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyəti ilə bağlı maraqlanıblar

 
Sentyabrın 20-də saat 12.30 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalistlər azad edilib. Bu barədə Meydan TV-yə saxlanılanlardan Sevinc Vaqifqızı bildirib. 
Onun sözlərinə görə, onlarla sorğu-sual zamanı Mingəçevir və Meydan TV-nin fəaliyyəti ilə bağlı maraqlanıblar. İşi prokurorluq və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. “Bizi idarənin rəis müavini Murad Quliyev dindirirdi”.
Sentyabrın 19-dan 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında Meydan TV ilə əməkdaşlıq edən Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva saxlanılmışdı. Ukraynadan təlimdən qayıdan xanım jurnalistlərə deyiblər ki, onların adı sistemdə blok edilib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib. Saxlanılan jurnalistlərin verdiyi məlumata görə, onlar hava limanından Daxili İşlər Nazirliyinin bandotdel kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Hazırda DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov saxlanılır. O, 30 sutka azadlıqdan məhrum edilib. Ancaq bugünə qədər vəkili ilə görüşə icazə verilmir.







Həmçinin oxuyun

Bəxtiyar Hacıyev “erməni dəyirmanının suyunu necə qurutdu”?..

Anlaşılan, alışdığı-öyrəşdiyi tək qapıya oynamağı seçdi Belə də naşılıq olmaz ki? Mən şəxsən düşünürdüm ki, …

Bir cavab yazın