Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Xanım icra başçısının qəzəbinə gələn Bələdiyyə sədri işdən çıxarıldı

Xanım icra başçısının qəzəbinə gələn Bələdiyyə sədri işdən çıxarıldı

Abşeron rayonu Məmmədli kəndinin bələdiyyə sədri Vaqif Nəbiyev tutduğu vəzifədən azad olunub, barəsində toplanmış materiallar hüquq-mühafizə orqanlarında araşdırılır Millətinsəsi.info bildirir ki, bu barədə azpolitika.info-ya Məmmədli kəndindəki mənbələrdən məlumat daxil olub. Bu kəndin yeni bələdiyyə sədri Xəyalətdin Məmmədovdur. Məlumata görə, 10 ildən artıq Məmmədli Bələdiyyəsinə rəhbərlik etmiş V.Nəbiyev vəzifəsindən uzaqlaşdırılmazdan əvvəl ümumi dəyəri milyonlarla hesablanan əmlaklarını dəyər-dəyməzinə satıb. V.Nəbiyev tam müflis edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. İstisna deyil ki, hüquq-mühafizə orqanlarındakı araşdırmanın sonunda onu həbs də etsinlər. Bəzi məlumatlara görə, Bakının ən böyük torpaq ərazisinə malik kəndlərindən olan Məmmədli Bələdiyyəsinin sədri, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədovanın qəzəbinə gəlib. Belə ki, məhz İ.Gülməmmədova bu rayona başçı təyin olunduqdan sonra V.Nəbiyevin işləri çətinə düşüb və Məmmədli kəndindəki çoxsaylı obyektlərini, hətta avtomobillərini satmağa başlayıb. V.Nəbiyevin hətta sonuncu seçkilərə qatılmaq istəmədiyi, lakin qarşısına ağır şərtlər qoyulduğundan məcburən yenidən sədr olmağa razılaşdığı da verilən məlumatlar sırasındadır.

“Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcovun kadrı kimi təqdim olunan V.Nəbiyev, torpaq alverinin ən qızğın vaxtlarında Məmmədli Bələdiyyəsinə sədrlik edib. Ondan əvvəl isə bu vəzifəni atası Xəlil Nəbiyev tutub. V.Nəbiyevin bələdiyyə sədri olduğu illərdə Məmmədli kəndinin min hektarlarla torpaq sahəsi satılıb, bu qanunsuz satış və sənədləşdirmələrdən milyonlarla pul mənimsənilib. Lakin buna baxmayaraq, Məmmədli kəndi Bakının ən baxımsız kəndlərindən biri olaraq qalmaqdadır”, deyə, mənbə bildirib. Təxminən 20 gündür vəzifəsinin icrasına başlayan yeni sədr isə, hələ ki, özünün xidməti kabinetində bahalı təmirə başlaması ilə diqqəti çəkib. Problemləri başdan aşan Məmmədli camaatının isə ondan daha böyük gözləntiləri var.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın