Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Ata qızını öldürdü – Salyanda

Ata qızını öldürdü – Salyanda

Salyanda ata qızını iplə boğaraq öldürüb.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, avqustun 21-də Salyan sakini, 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdən tapılıb. Araşdırmalarla onu atası, 1954-ci il təvəllüdlü Eldar Əliheydər oğlu Qurbanovun öldürdüyü müəyyənləşib. Qadının meyiti məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb.

E. Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E. Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın