Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Siyasət / Vaqram Ağacanyan: “Ermənilərin “öz soyqrımını” kim tanıyacaq?”

Vaqram Ağacanyan: “Ermənilərin “öz soyqrımını” kim tanıyacaq?”

Hər il olduğu kimi, aprelin 24-ü qondarma erməni soyqırımı məsələsi ABŞ prezidentinin ağzından çıxa biləcək bircə kəlməyə görə gündəmdə olur. Lakin hər il ABŞ prezidentləri o məşum sözü işlətməkdən qaçırlar.

Buna rəğmən ermənilər “soyqırım” yalanının bütün dünyada tanınması üçün az iş görmürlər. Lakin onların içində məsələyə daha realist yanaşan və ermənilərin əsl probleminin bu olmadığı yönündə yazan insanlara rast gəlmək olar. Bunlardan bri də Dağlıq Qarabağ ermənisi və jurnalist, Ermənistan hakimiyyəti tərəfindən qapadılan “Üçüncü qüvvə üstəgəl” nəşrinin baş redaktoru Vagram Ağacanyandır.

Əvvəllər də qeyd etdiyimiz kimi, Ağacanyanın heç də Azərbaycandan ötrü ürəyi getmir, o, məlum “Sülh platforması”na qoşulmayıb və qətiyyən Qarabağı Azərbaycan torpağı olaraq tanımır. Lakin onun Ermənistanda baş verənlərlə bağlı baxışları olduqca fərqli və gerçəkliyə daha yaxındır.

Ağacanayan qondarma “soyqırım” ətrafında gedən diskussiya ilə bağlı ironik yazı qələmə alıb. Musavat.com erməni publisistinin həmin yazısını müəyyən ixtisarlarla təqdim edir:

“Aprelin 22-də erməni KİV-ləri Vayominq ştatının “erməni soyqırımı”nı (qondarma-red.) tanıyan 45-ci ABŞ ştatı olduğunu sevinclə bəyan etdilər. Bununla bağlı ABŞ-ın Qərb regionundakı Erməni Milli Komitəsi xüsusi bəyanat yaydı.

Lakin bu ABŞ prezidentinin “soyqırım” kəlməsini işlədəcəyi anlamına gəlməməlidir. Bəzi “bədnam” dillər ABŞ hakimiyyətinə situasiyaya daha ekonomik yanaşmağı məsləhət görürlər. Çünki “soyqırımı” qəbul etməyən ştatların sayı olduqca azalıb. O zaman Ərdoğana nəylə təsir göstərəcəklər. Yəqin ki, bundan sonra tanınma prosesini bir neçə mərhələyə bölmək laızm gələcək. Soyqırımın (qondarma-red.) tanınmasını ştatlarda deyil, ayrı-ayrı səhərlərdə, küçələrdə, binalarda və hətta mərtəbələrə bölməklə də davam etdirmək olar.

Məsələn, “erməni soyqırımı”nı hansısa şəhərdəki Linkoln küçəsində yerləşən binanın 5 mərtəbəsindən 4-ü tanya bilər. Yalnız bu yolla Türkiyə ilə bütün körpüləri yandırmadan ona olan təzyiqi qoruyub saxlamaq olar. Bilmək olmaz, bir də gördün, Ankara yenidən Avropa dəyərlərini və ABŞ-ın təsisçi atalarının ənənələrini sevdi…

Əlbəttə, biz bu bədnam dillərə inanmasaq yaxşıdır. İnanaq ki, Vayominq ştatının sakinləri artıq neçə illərdir ki, hər səhər soyuq tərin içində oyanıb özlərini bu cür vicdan əazbı ilə soröulayırlar: “Necə olub ki, biz bu vaxta qədər erməni soyqırımını tanımamışıq”…

Bu günlərdə Vladimir Jirinovskinin erməni məhəbbəti baş qaldırıb. Dünya tarixinin ən əzmkar liberalı Qarabağın müstəqilliyini tanımağa və Ağrı dağının Ermənistana qaytarmağa çağırıb. Məgər cəmi bir neçə ay bundan öncə Türkiyə və Azərbaycanın ünvanına təriflər yağdıran bu adam deyidi?…

Lakin bizi başqa məsələ maraqlandırır. Bu gün dünyada yaşayan ermənilərin 99%-ni yalnız bir sual düşündürür: görəsən, ermənilərin özlərinə qarşı etdiyi soyqırımı kim tanıyacaq.

Soyqırım elə ancaq gülləbaranla qırğın törətməkdən ibarət olmur ki…Soyqırım həm də bir etnik qrupun olduğu yerləri məcbur tərk etməsi üçün dözülməz şəraitin yaradılması deməkdir. Bu mənada Ermənistan hakimiyyəti və onların xarici havadarları bütün ağla gələn və gəlməyən rekordları qırıblar.

Ermənistan postsovet ölkələri içərisində hakimiyyətin əhalinin yarısını ölkədən qovduğu yeganə dövlətdir.

Rusiya, Ukrayna, Moldova, Belarus, Baltikyanı ölkələr, Orta Asiya və Cənubi Qafqaz respublikaları bu göstəricilərə görə Ermənistanla müqayisə oluna bilməzlər.

Söhbət təkcə erməni əhalisinin miqrasiya və təbii axınından getmir. Söhbət Ermənistanın demoqrafık fəlakət dərəcəsinə gətirib çıxaran həqiqi insansızlaşdırılmasından gedir. Bu cür yaxşı düşünülmüş soyqırımı heç bir Osmanlı sultanı fikirləşə bilməzdi.

Bundan irəli gələrək artıq ermənilərin öz-özlərinə etdiyi soyqırımı tanımaq haqda düşünməliyik. Bəlkə bu proses erməniləri dərin yuxudan oyadıb özlərinə belə bir sual verməsinə şərait yaradar: hakimiyyət bizi hara aparır”….

musavat.com

Həmçinin oxuyun

“Nazim Bəydəmirli YAP-dan xaric edilib”- Partiyadan açıqlama

Son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun (Bəydəmirli) sosial şəbəkələrdə, bəzi KİV-lərdə etdiyi çıxışları və …

Bir cavab yazın