Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Uşaq qatili Sərkisyan Alxanlını niyə hədəfə aldı?

Uşaq qatili Sərkisyan Alxanlını niyə hədəfə aldı?

Ermənilərin tələbi cəbhə xəttində olan kənd və qəsəbələrin boşaldılmasıdır, bu isə Azərbaycan üçün yolverilməzdir.

Azinforum.az  xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə cəbhədə baş verənlərlə bağlı deyib.

“Hər dəfə belə hadisə baş verəndə biz görürük ki, 25 il ərzində ermənilərin işğalçı siyasəti dəyişilməyib, işğalın başında duran Sərkisyan və onun havadarları da öz siyasəti ilə davam edir. Xocalıda elədikləri vəhşilikləri təkrarlayırlar. Ermənistanın hərbi siyasəti ondan ibarətdir ki, onlar tək hərbçilərlə yox, mülki insanlarla da müharibə aparırlar. Bunların əsas məqsədi etnik təmizləmə və azərbaycanlıları bu yerlərdən didərgin salmaqdır”.

Ekspert bildirib ki, son hadisə konkret olaraq bir mesajdır:

“Bilirsiniz ki, Azərbaycan işğal olunmuş ərazilərin bir qismini azad edib, dinc həyatı bərpa etməyə çalışır. Ermənilərin əsas məqsədi azad olunmuş ərazilərdə dinc həyata imkan verməmək və Azərbaycanı qorxutmaqdır. Əlbəttə, bu əks-effekt verəcək. Azərbaycan tərəfi geri çəkilməyəcək. Sərhəd bölgələrdə yaşayan vətəndaşlarımız öz yurd-yuvalarını tərk etməməklə, Azərbaycan rəhbərliyinə və ordusuna imkan verir ki, hərb planı üzrə hərəkət etsin və cəbhə bölgəsində yaşayan əhalini erməni vandallarının hədəfindən çıxarmaq üçün tədbir görsün”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı (nənə və nəvə) həlak olublar. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …

Bir cavab yazın