Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Türkiyənin İzmit şəhərində Xocalı abidəsinin önündə anım mərasimi keçirilib

Türkiyənin İzmit şəhərində Xocalı abidəsinin önündə anım mərasimi keçirilib

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsindən 24 il ötür. Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən 25 fevral 2016-ci il tarixində Türkiyənin İzmit şəhərinin Yenişəhər məhəlləsindəki parkda, ucaldılmış Xocalı abidəsinin önündə, 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə anım mərasimi keçirilərək qərənfillər qoyuldu.
Mərasimində, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Türkiyyə Parlametlər arası dostluq qurupunun rəhbəri millətlət vəkili Qənirə Paşayeva, “İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun nümayəndələri, İzmit şəhər Bələdiyyəsinin, Kocaeli Böyük şəhər Bələdiyyəsi sədrinin nümayəndələri, QHT-lərin, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak etddi.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər ” Fondunun Prezidenti, “Işğala,Terrora və Əsassiz Iddialara Qarşi Beynəlxalq Formun” Azərbaycan Təmsilçilyinin kordinatoru, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov Sovet ordusunun ermənilər tərəfindən satın alınaraq muzlu hərbi biləşməyə çevirilərək, Xocalı şəhərində dinc əhaliyyə qarşı soyqırım aktının törədilməsində bilavastə iştirak etmiş 366-cı alay haqqında ətraflı məlumat verərərək qeyd etddi ki, 366-cı motoatıcı alay hələ 1985-ci ildə Gəncədən Xankəndinə köçürülmüşdü.
Ştat üzrə 1800 hərbi qulluqçusu, 100-ə yaxın hərbi texnikası var idi MDB Silahlı Qüvvələrinin Quru qoşunlarının Baş Qərargahının rəisi general-leytenant Ter-Qriqoryants da milliyətçə erməni idi və o da erməni terrorçularına kömək edirdi. 366-cı alayda xidmətdə olan zabit və gizirlərin 50-dən artığının erməni olması və eyni zamanda bir çox başqa millətlərdən olan zabitlərin də onların tərəfində olması vəziyyəti çətinləşdirirdi.
1991-ci ilin yayından polkun komandiri təyin edilmiş polkovnik Zaviqorovun erməni terrorçularının tərəfini saxlaması da azərbaycanlıların işini pisləşdirdi, 1992-ci il yanvar ayının 12-13-də Xankəndindəki 366-cı motoatıcı alayda hərbi xidmət keçən əslən Özbəkistan və Türkmənistandan olan yeddi nəfər əsgər qaçmışdı. Onlar bildirmişdilər ki, ordunun rəhbərliyi nəinki silahların, texnikanın bir hissəsini erməni yaraqlılarına verir, həm də əsgərləri azərbaycanlılara qarşı atəş açmağa məcbur edirdi və bizi muzdlu qatillərə çevirmək istəyirdilər!
366-cı motoatıcı alayı Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Xocalı soyqırımı zamanı 366-cı motoatıcı alayın xüsusi şöbəsinin (№02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat Idarəsinin polkovniki Vladimir Romanoviç Savel¬yevin məlumatları isə daha tükürpərdicidir. O, Xocalı soyqırımı ərəfəsi və günlərində 366-cı alayda baş verənləri, erməni və rus əsgərlərinin hərəkətləri, Azərbaycandakı ictimai-siyasi vəziyyəti Kremlə, müdafiə Nazirliyinə, Baş Kəşfiyyat Idarəsinin generallarına 19 səhifəlik məxfi məlumat – arayış göndərməklə bildirmişdi.
Xidməti vəzifəsi ilə əlaqədar hadisələrin ən qaynar yerlərində olan, dəqiq məlumatlara malik polkovnik proseslərin canlı şahidi olmuşdur. O yazır ki, «mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zaviqarova nəğd 36 min ABŞ dollarını tanışlıq üçün «hədiyyə» etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Brois Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib»
Polkovnik V.Savelyev bu alayın ermənilər tərəfindən azər¬baycanlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: «Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliy¬yatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, pod-polkovnik Sergey Kraumnin, birinci motoatıcı batalyonnun komandiri, polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanyan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan Ishaq Lixodyan ayrı-seçkilik edir. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü»
Onu da qeyd edək ki, azərbaycanlılara qarşı əməliyyatlarda DQMV-də yerləşən ruslara məxsus digər batalyonlar da yaxından iştirak etmişdilər. Onlar belə əməliyyatlarda «yuxarıların tapşırığı» ilə yanaşı, həm də ermənilərlə də sövdələşərək pul qazanırdılar. Məsələn, «Xankəndi şəhərindəki 463-cü Əlahiddə Kimyəvi-mühafizə batalyonu və 909-cu Əlahiddə Kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər tərəfindən vuruşması barədəki əmrin qiyməti 18 min dollar idi»
Faktların, sənədlərin və bu məsələ barəsində müxtəlif ölkələrdə çapdan çıxan yazıların təhlili göstərir ki, ermənilərə Avropa ölkələrindən də, xüsusilə Fransadan müntəzəm silah, sursat, ərzaq və s. göndərilmişdir. Məsələn, onlarca belə yazıların birində göstərilir: «Üstəlik Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd zirehli jilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verildi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylandı» Bundan əlavə 366-cı alayın nəzdinə «Klukin erməni cəbhəsi» deyilən «rota» yaradılmışı. Bu rotanın özəyini Livan, Amerika, Kanada, Iran, Isveç və Hollandiyadakı erməni quldur birləşmələri təşkil edirdi. 1988-ci il fevralın 17-də qızlardan ibarət «Şuşanik» adlı erməni snayperçilər dəstəsi həmin birləşməyə qoşulmuşdu. Düşüncələrində türk düşmənçiliyi hopdurulan, insan idrakından uzaq olan «Şuşanik» snayperçiləri Livandan gətirilmiş muzdlu qatillər idi. «Klukin erməni cəbhəsi»nə quldur, cani Xaçik Vartanyan rəhbərlik edirdi.
Qeyd edə ki, erməni millətçi-şovinistlərinin hazırladıqları əməliyyatlar «Haydad» və ASALA terror təşiklatları ilə birgə icra olunurdu.
SSRI-nin, sonralar isə MDB-nin IV ordusunun 23-cü diviziyasının Xankəndində yerləşən 366-cı moto-atıcı alayının hərbi texnikasından Xocalıya qarşı istifadə ediləcəyi barədə respublika rəhbərliyinə xəbər verilmişdi. Ona görə respublika rəhbərliyi, ictimaiyyəti IV Ordunun komandanı general Popovdan bunun ən qısa müddətdə qarşısını almağı tələb etdilər. Hətta alayın çıxarılma müddəti də 1 mart 1992-ci il müəyyən edilmişdi. Lakin bunun heç bir xeyri olmadı. Əksinə, alayın qulluqçuları texnikanı ermənilərə satmaq işini daha da artırdılar. Məsələn, respublika təhlükəsizlik xidməti radio dalğa tutanların ratsiya ilə danışan 366-cı alayın 13-cü və 53-cü hərbi qulluqçusunun silah alveri ilə əlaqədar bir milyon barədə mübahisəsinə dair qeyd etdiyi “Gələndə demişdin ki, bizim üçün bir milyon pul saxlamalısan. Bilmirəm milyondur, milyon deyil, amma yarısı bizimdir” sözləri bunu bir daha təsdiq edir.
Qeyd edək ki, ermənilər silah-sursatı rüşvət və ya oğurluq ilə əldə edə bilmədikdə Sovet Ordusunun silah anbarlarına hücumlar təşkil edirdilər. Belə ki,1990-cı il 1 yanvarından 1992-ci ilin iyununadək Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum olmuşdur ki, onun da 130-u Ermənistanın, 164-ü isə Dağlıq Qarabağ ermənilərinin payına düşmüşdür Doğrudur, bir sıra hallarda Sovet-rus ordusunun rəhbərlərinin razılığı ilə silahlar əl altından satılır, özlərini bir növ sığorta etmək üçün sonradan bu bazalara hücum tamaşaları düzəldilir və yanğın törədilirdi.
Vaxtilə dinc, silahsız adamlar qırmaqla, itaətə gətirməklə Macarıstanda, Çexo-Slovakiyada, Polşada, Əfqanıstanda yerinə yetirib “qəhrəmanlıq” təcrübəsi toplayan Sovet Ordusu özünü 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin yanvarında Vilnüsdə və Bakıda bir daha göstərmişdi.
Indi, bu “şanlı ordu” qısa bir müddətdə xalqımıza qarşı növbəti dəfə soyqırımda iştirak etməyə hazırlaşırdı.
Hərbi texnikada azərbaycanlılardan üstün olan ermənilər 1991-ci ilin oktyabrından 1992-cı ilin yanvarınadək Xocalı rayonunun Cəmilli, Meşəli kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdam rayonunun Imarət Qərvənd kəndi, Xocavənd rayonunun Xocavənd, Tuğ kəndləri, keçmiş Hadrut rayonunun Axullu, Salakətin kəndləri, Goranboy rayonunun Ballıqaya və Başqışlaq kəndləri ermənilər tərəfindən işğal edilərək yandırılmış, məhv edilmişdi.
Xocalı qətliamı ərəfəsində ermənilər Xocavənd rayonunun Qaradağlı, Əmirallar, Ağdərə rayonunun Umudlu, Şuşa rayonunun Malıbəyli, Quşçular kəndlərini hər tərəfdən müha¬sirəyə almışdılar. Strateji cəhətdən çox böyük əhəmiyyəti olan bu yaşayış məntəqələrinə gedən keçidlər, yollar erməni silah¬lıları tərəfindən tutulmuşdu. Onlar bu yerləri zəbt etməklə Qara¬bağın şimalından cənubuna, şərqindən qərbinə sərbəst hərəkət imkanı əldə edə bilərdilər. Azərbaycanlıların hərbi texnikasının, silah və sursatın daim çatışmaması erməni terrorçularının gün¬dən-günə güclənən hücumlarının qarşısını almaqda çətinlik yaradırdı.
1992-ci ilin yanvarın 21-də Qaybalı, fevralın 12-də Quşçular və Malıbəyli, fevralın 17-də isə Qaradağlı kəndləri ermənilər tərfindən zəbt edilib yandırıldı.
Ermənilər fevralın 11-də beş aya yaxın mühasirədə saxladığı Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə üç tərəfdən tanklar və zirehli maşınlarla hücum etmişdilər.
Yerli sakinlər, kəndlərin mühafizəsində dayanmış milis işçi¬ləri və özünümüdafiə qüvvələri düşmənə ciddi müqavimət gös¬tər¬mİşlər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə tədricən geri çəkilməyə məcbur olmuşlar. Bu hücum zamanı 28 nəfər öldüpülmüş, 39 nəfər ağır yaralanmış, bir neçə nəfər isə erməni quldurları tərəfindən girov götürülmüşdür.
Yüzlərlə sakin, o cümlədən qadınlar və uşaqlar dağlara çəkilmiş, meşə ilə Ağdam rayonunun Gülablı kəndinə üz tutmuşdular. Yollar isə Əsgəran rayonunun Harov kəndi yaxınlığından keçirdi. Məsələdən xəbərdar olan ermənilər yolu kəsərək onları yenidən gülləyə tutmuşdular. Bir neçə saat davam edən atışmadan sonra mühasirəni yarıb səhərə yaxın Ağdamın Gülablı kəndinə gəlmək mümkün olmuşdu. Malıbəyli və Quşçular kəndindən 4 min adam didərgin salınmış və respublikanın müxtəlif bölgələrinə pənah aparmalı olmuşdu.
Ermənilər Qaradağlı kəndini işğal edərkən xüsusi amansızlıq göstərmişlər. Strateji əhəmiyyətli ərazidə yerləşən bu kənd 4 il (1988-1992) ərzində düşmənlərə qarşı qəhrəmancasına mübarizə aparmış və 77 nəfər şəhid vermişdir.
1992-ci il 15-17 fevralda üç gün ərzində ağır döyüşlərdən sonra ermənilər bu kəndi işğal edib büsbütün yandırıb məhv etdilər. Erməni faşistləri döyüş zamanı ağır yaralanan və hərəkət edə bilmədiyindən əsir düşən 48 nəfər azərbaycanlını rəhm etmədən xüsusi amansızlıqla qətlə yetirdilər.
Ermənilər Rus ordusunun 366-cı motoatıcı alayının hərbi qulluqçularının və hərbi texnikasının köməkliyi ilə hansı ərazini tuturdularsa, orada nəinki bir nəfər də olsun azərbaycanlı qalmır, dinc əhalini öldürür, hətta maddi mədəniyyət abidələrini dağıdır, kəndləri yerlə yeksan edir, bir sözlə yandırılmış torpaq siyasəti aparırdılar. Bilavastə Rus Ordusunun 366-cı alayınnın döyüş texnikası-nın köməkli ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük faciə-Xocalı qırğını baş verdi.
Təsüflər olsunki, bu günə kimi, 366-cı motoatıcı teror alayının ovaxtki heç bir komandiri Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsində bilavəstə iştirak etdiyləri üçün cinayyət məsuliyətinə cəlb edilməmişdir.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı terorçu motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, dinc və günahsız insanlar güllə-baran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.

Həmçinin oxuyun

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir

Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber (Jerome Lambert) ölkədə yaşayan yerli ermənilər tərəfindən …

Bir cavab yazın