Ana səhifə / Siyasət / Tofiq Yaqublunun qızı ombudsmanı həbsxanaya çağırdı

Tofiq Yaqublunun qızı ombudsmanı həbsxanaya çağırdı

 

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu ombudsman Elmira Süleymanovaya çağırış edib.
O, “Facebook”da yazdığı statusunda Tofiq Yaqubluya qəzetlərin verilmədiyini deyərək ombudsmana onunla birgə həbsxanaya getməyi təklif edib.
Azinforum.az Nigar Yaqublunun statusunu təqdim edir:
“Hakimiyyət Yadigar Sadıqovu kitab oxuduğuna görə həbsdə saxlayır. Mən isə hələ də Tofiq Yaqublunun qəzet oxumaq haqqını bərpa edə bilmirəm. Ombudsman Aparatı hələ də şikayəti qeydə alır, amma ortada nəticə yoxdur! Təklif edirəm ki, Elmira Süleymanova bu bazar mənimlə həbsxanaya getsin. Bilirəm yollar uzun, çətin və yorucudur. Amma eybi yox. Biz illərdir yollardayıq. Bir dəfə də Elmira Süleymanova getsin. Şikayəti qeydə almaq məsələni həll etmək demək deyil. Problemi həll etmək üçün CM-ə getmək lazımdır!
P.S. Ombudsman Aparatı gözləməsin ki, hər şeyi biz onlara deməliyik. İnsan haqları pozulan yerdə Siz olmalısınız. Tofiq Yaqublunun haqsız yerə tutulmasını demirəm, heç olmasa qəzet məsələsini həll edin!”

 

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …

Bir cavab yazın