Ana səhifə / Siyasət / Tofiq Yaqublu 7 günlüyə azadlığa buraxılır

Tofiq Yaqublu 7 günlüyə azadlığa buraxılır

 

Vəkil Nemət Kərimli: “Rəsmi qaydada icazə verilib”

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq. Vicdan məhbusunun yaxın saatlarda azad olunacağı gözlənilir.
Bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verdi: “Məsələ artıq həll olunub. Sənədləşmə işi aparılır. Bir saata kimi, Tofiq Yaqublu 7 günlüyünə azad olunacaq. Göstəriş verilib. Qızının yas mərasimində iştirak etməyə. Penitensiar Xidmətdən əlaqə saxlayıb bildirdilər ki, rəsmi qaydada icazə verilib”.
Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın