Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri də ermənilərə bağsağlığı verib

Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri də ermənilərə bağsağlığı verib

Tatarıstanda fəaliyyət göstərən “Azərbaycan” milli-mədəni muxtariyyətinin sədri Sübhan Əhədzadə ermənilərin 24 apreldə qeyd etdikləri qondarma soyqırımının 100 illiyilə bağlı Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyana başsağlığı teleqramı göndərib.

Azinforum.az  Modern.az-a istinadən  xəbər verir ki, sosial şəbəkələrdə Sübhan Əhədzadənin göndərdiyi “teleqram”ın sürəti də yerləşdirilib. Azərbaycan diaspor rəhbərinin təəccüblü görünən “başsağlığında” deyilir:

“Hörmətli, Ara Arşaviroviç,

Tatarıstan azərbaycanlıları və şəxsən öz adımdan Türkiyədə erməni xalqının soyqırımının 100 illiyi ilə bağlı sizə və bütün erməni xalqına səmimi təəssüfümü çatdırıram.

1915-ci il hadisələri bir də heç zaman təkrarlanmamalıdır. Mən bir tarixçi kimi əminəm ki, 1915-ci il hadisələrində Azərbaycan xalqı təqsirkar deyil. İnanıram ki, erməni soyqırımının dünya tərəfindən tanınması xalqlarımız arasında sülhün əldə olunmasına təkan verəcək. Hörmətlə, Tatarıstandakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Sübhan Əhədzadə”.

Qeyd edək ki, Rusiya Erməniləri İttifaqının sədri olan Ara Abramyan “Soqlasie” QSC-nin sədridir. Çoxmilyonlu sərvətə malik olan Abramayan hər il Dağlıq Qarabağda tikinti işləri gerçəkləşdirən “Hayastan” fonduna külli miqdarda vəsait yatırır.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …

Bir cavab yazın